AMERİKANIN GÖRƏ BİLMƏDİYİ PKK

Get Adobe Flash player

Evanjelizmin qısa tarixi

Xristian inancı, katolik və pravoslav kimi müxtəlif kilsələrə bölündükdən sonra, xristianlığın içində reformist bir hərəkat başladı. Bu hərəkat, katolik məzhəbinin indulgensiya (Orta əsr Avropasında bir növ günah çıxarma və ölümdən sonra cənnətə getmək üçün Papanın satdığı əfv sənədi) ilə pul qazanmasını, ayin dilinin latınca olmasını və Papanın yanılmazlığını tənqid edirdi. Almaniyada Martin Luther, Fransa və İsveçrədə isə Johannes Calvin tərəfindən başladılan bu yeni axın "Protestantlıq" olaraq tanındı.

Protestantlığa görə tövbə, insan ilə Allah arasında idi. Buna görə də kilsəyə pul vermək lazım deyildi, Papanın üstün qəbul edilmiş yanılmazlığı ortadan qalxırdı. Bu axına görə dində əsil qaynaq, Papanın fətvaları, ya kilsənin sanksiyaları deyil, yalnız Müqəddəs Kitab idi.

Evanjelizm isə protestantlığın bir qoludur. Kəlmə mənasıyla "müjdə" ya "xoş xəbər" mənası verən evanjelizmdə, İncildə hz. İsa (ə.s)-ın həvariləri olaraq bəhs edilən Matthew, Mark, Luke və John evanqelist olaraq adlandırılırlar. Evanqelist terminini ilk istifadə edən isə, Martin Luther olmuşdur.

Luther, İncilin katolik kilsəsi tərəfindən səhv şərh olunmuş və təhrif edilmiş olduğunu görmüş və bu səbəblə, Əhdi-Ətiqə (Tövrat və Zəbur) daha çox yer vermişdir. Sonrakı dövrlərdə protestant məzhəbi daha fərqli fikir qruplarına ayrılmış, lakin buna baxmayaraq inanc əsasları və Əhdi-Ətiq də daxil olmaqla Müqəddəs Kitab mövzusunda mərkəz fikirdən uzaqlaşılmamışdır.

Evanjelizmin, kilsənin din üzərindəki təzyiqlərini qaldıraraq xristianların İncilə və eyni zamanda Tövrata dönmələrini əsas alması olduqca əhəmiyyətli və lazımlı bir islahatdır. Səmimi bir inanc şəkli olan evanjelizm məzhəbinin tərəfdarları, sevgi və sülh tərəfdarı xüsusiyyətlərini daim ayaqda tutmuş və sonrakı sətirlərdə daha ətraflı araşdıracağımız kimi "təbliğ" əsasına əhəmiyyət verdiklərindən, insanların dindarlaşmalarına böyük töhfə vermişlər. Yenə sonrakı sətirlərdə araşdıracağımız kimi evanqelistlərin Axırzaman ilə əlaqədar gözləntiləri və hz. İsa (ə.s)-ı təkrar qarşılama həyəcanları böyük bir sevginin və dindarlığın göstəricisidir. Bu istiqamətdə, Qurana tabe olan əsil müsəlmanlarla paylaşdıqları bir çox ortaq xüsusiyyətləri var.


Ancaq hər dində olduğu kimi evanjelizm məzhəbi içində də bəhsi keçən təlimləri fərqli şəkillərdə şərh edən, Axırzaman məsələlərini olduğundan fərqli anlayan, sülh dini xristianlığı və sülh elçisi hz. İsa (ə.s)-ı döyüş ilə əlaqələndirməyə çalışan müxtəlif kütlələr vardır. Bu kəslər İncildəki bəzi keçidlərdən yola çıxır və döyüş ssenariləri üçün öz ağıllarına görə güclü dəlillər tapırlar. Bu baxımdan, əslində özlərinə görə səmimi bir yanaşma edirlər. İncili əsas alır, doğrunu etdiklərinə inanır, lakin İncilin dərinliklərində olan bəzi məcazi anlayışları görə bilmirlər. Bu şərh etmə xətasındakı ikinci problem isə, İncildən sonra "İncil və Tövratı təsdiq edən" olaraq göndərilmiş Qurana müraciət etməkdə çətinlik çəkmələridir. Halbuki, hz. İsa (ə.s)-ın gəlişi Quranda da açıq ayələrlə bildirilmiş və bütün insanların iman etdiyi sülh mühitinin müjdəsi verilmişdir.

Bu saytda çıxış nöqtəsi, Axırzamanı müqəddəs kitablardan fərqli və riskli şəkildə şərh edən haqqında danışdığımız kütlənin fikirləridir. Çünki bu kəslərin çoxu yaxşı niyyətlə və bəlkə də istəmədən qorxuducu bir ssenariyə liderlik edirlər. Yaxın Şərqdə Axırzaman ssenarilərini sürətləndirməyə çalışarkən əslində qanlı Yaxın Şərqin fundamentini hazırlayırlar. Bunun necə olduğu isə sonrakı sətirlərdə açıqlanır.

Evanjelizmin yayılması və Axırzaman

Protestantlıq məzhəbi ilə ortaya çıxan və XVlll əsrə qədər Avropada doğulub bura yerləşən bəzi cərəyanlar, müstəmləkəçilik ilə birlikdə dünyanın müxtəlif bölgələrinə çatmışdır. Bu bölgələrdən ən əhəmiyyətlisi Amerika qitəsidir. İngiltərədə Anqlikan bir keşiş olan John Nelson Darbynin Amerika səyahətləri sonrasında evanqelist düşüncənin sürətlə yayıldığı məlumdur. Darbynin ardıcılları özlərini "dispensalist" olaraq da adlandırmışlar.

Bu inancı təqib edənlərin ən əhəmiyyətli xüsusiyyəti, dünyanın son dövründə Məsihin geri dönüşünə və qiyamətin reallaşmasına inanmalarıdır. Məsihin dünyaya gəlişi üçün baş verməli olduğuna inandıqları şərtlər isə bunlardır:

  • Mübarək torpaqlar üzərində musəvi dövləti qurulması,
  • Qüdsün paytaxt olması,
  • Süleyman məscidinin yenidən inşası,
  • Bütün insanlara İncilin vəz edilməsi,
  • Musəvilər və iman edənlərin (xristianların) əziyyət görməsi,
  • Armaqedon müharibəsi,
  • İnananların (xristianların) göyə yüksəlməsi.
Bu maddələrdən də aydın olacağı şəkildə evanqelistlər təməldə sionist xristianlardır. Məsihin gəlişinin reallaşması üçün mütləq musəvi dövlətinin müqəddəs torpaqlarda qurulmasının vacibliyinə inanırlar. Məhz bu səbəblə də daim, sionist musəvilərlə ittifaq içində olmuşlar.

Bunun əhəmiyyətli dəlillərindən biri tarixdə reallaşdırılmış olan sionist konqresləridir. Theodor Herzlin 1897-ci ildə topladığı və musəvilərin müqəddəs torpaqlara getməsini nəzərdə tutan 1-ci Sionist konqresin dərhal arxasından yenə Baseldə 2-ci Sionist konqres toplanmışdır. Həmin yığıncaqdan sonra, İordan çayının qərb sahilində İsrail dövləti yaradılması qərarı alınmış, buna etiraz edən bir musəviyə isə Beynəlxalq Xristian Elçiliyi nümayəndəsi Van der Hoeven bu cavabı vermişdir: "İsraillilərin nə düşündüyü bizə maraqlı deyil. Biz Tanrının nə söylədiyinə baxarıq və Tanrı o torpaqların musəvilərə aid olduğunu söyləyir."

Əslində bu reaksiya, hal-hazırda davam edən evanqelist sionizminin sərhədlərini bilmək baxımından əhəmiyyət daşıyır. Çünki görünüşcə musəviləri və musəvi torpaqlarını qoruma görünüşündə ortaya çıxan bu hərəkat, əslində musəvilərin də qətl ediləcəyi bir son üçün hazırlıq görür. Bu səhv inanca görə, yalnız xristianlığı seçən 144 min musəvi həyatda qalacaq, lakin digər musəvilər, "bütün müsəlmanlar" la birlikdə qətl ediləcək.
Bu mövzunu bir az sonra araşdıracağıq.

İsrail dövləti 1948-ci ildə qurulmuş, Qüds 1967-ci ildə paytaxt elan edilmişdir. Bu səbəbdən, evanqelistlərin gözlədikləri kahinliklərindən biri reallaşmışdır. Axırzamanın işarəsi olan bu əlamətlər özünü göstərdikcə, evanqelistlər də bu sonu sürətləndirmə səyi içinə girmişlər. Armaqedon müharibəsi adına Yaxın Şərqin şəkilləndirilməsi hədəfi məhz buna görə bu əsrdə sürət qazanmışdır.

Evanjelizmin təsir gücü

Allaha gözəl və yaxşı bir qul ola bilmək, bütün dinlər və məzhəblərdə olduğu kimi xristian məzhəblərində də əsasdır. Evanjelizm də bu əsas üzərində qurulmuşdur. Evanjelizmi digər xristian məzhəblərdən ayıran ən böyük xüsusiyyətlərindən biri isə, digər məzhəblərdə çox da önə çıxmayan "təbliğ" dir. Öz dinlərinin əsaslarını digər insanlara izah etmək, yəni aktiv missionerlik siyasəti bu məzhəbin təqibçilərində yayılmış vəziyyətdədir. Məhz bu səbəblədir ki, evanjelizm xüsusilə Amerikada gün keçdikcə daha çox adı keçən və geniş kütlələrə yayılan bir məzhəb halına gəlmişdi. Bunu rəqəmlərdən də anlaya bilmək mümkündür.

Vətəndaş müharibəsi dövrü Amerikada (1861-1865) evanqelist kilsə mənsubu sayı 4 milyonkən, bu gün bu rəqəmin 70 milyon olduğu iddia edilir. 2014-cü il məlumatlarına görə amerikalıların 25.4% -i özlərini evanqelist olaraq tanıdırlar. Hər nə qədər ilk ortaya çıxış şəkli xristianlığa katolik inancından fərqli izahlar gətirmək olsa da, zəmanəmizin evanjelizm anlayışı katolik inancı ilə ciddi münaqişə halında deyil.

Bunu ifadə etmək lazımdır: Hər nə qədər müxtəlif şərhlər səbəbiylə bəzən özündən fərqli mənalara və məzhəblərə bürünmüş olsa da xristianlıq inancının güclənməsi, xüsusilə dinsizliyin yayılmış olduğu bir dövrdə Allaha inancın inkişaf edib yayılmasını biz istəyərik. Xristianlar əlbəttə daha çox dindar olmalı, Müqəddəs Kitablarına daha çox sahib çıxmalı, Amerikada və xristianlığın yayıldığı bütün digər ölkələrdə mənəviyyat daha çox güclənməlidir. Amerika da, digər bütün ölkələr də, dindar olduqları müddətcə bərəkətlənmiş və xoşbəxt olmuşlar. Bu səbəbdən, müsəlmanlar arasında müsəlmanlığın, xristianlar arasında xristianlığın, musəvilər arasında da musəviliyin inkişaf edib güclənməsi hər zaman istəyəcəyimiz və təşviq edəcəyimiz bir gözəllikdir.


Bununla yanaşı, evanqelist inancının Məsihi gözləməsi də bizim üçün sevinc vəsiləsidir. Bilindiyi kimi, biz müsəlmanlar da yaşadığımız son-Axırzamanda hz. Mehdi (ə.s)-ın zühur edəcəyini və hz. İsa (ə.s)-ın yenidən yer üzünə enəcəyini bilirik. Bu səbəbdən, xristianlarla bu mövzuda bənzər görüş içində olmaq sevindiricidir və xristianlara sevgimizi və dəstəyimizi artıracaq, onlarla ittifaqımızı gücləndirəcək həyəcan verici ortaq bir nöqtədir.

Bəhs etdiyimiz evanqelistlərin Yaxın Şərqdə İsrail dövlətinin qurulmasını gözləməsi də qəribsənəcək bir davranış deyil. Qurana görə musəvilərin müqəddəs torpaqlarda yaşamaq hüququ vardır və bu həqiqət Tövratda olduğu kimi Quranda da bir çox ayədə keçən bir vəziyyətdir. Maidə surəsinin 20 və 21-ci ayələrində belə bildirilir:

O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”. (Maidə surəsi, 20-21)

Bu səbəbdən, 5000 il sonra hələ müqəddəs torpaqlar üzərində musəvilərin varlığını görmək, biz müsəlmanlar üçün Allahın vədini görmək mənasını daşıyır, sevinc vəsiləsidir. O torpaqlarda, keçmişdə olduğu kimi musəvilərin, xristianların və müsəlmanların bir yerdə sülh içində yaşadığı bir dövrü görmək ən böyük arzularımızdandır.

Burada üzərində duracağımız və tənqid mövzusu olan qisim, bir qisim evanqelistlərin, Yaxın Şərqdə döyüş gözləntilərinin gərəyi olaraq Yaxın Şərqi buna görə şəkilləndirmə səyi, bir baxıma Məsihin gəlişini tezləşdirmə ehtirası, mübarək torpaqlar mövzusundakı bəzi inanc və səhv proqnozların təhlükəli ölçülərə çatmış olmasıdır.

Əvvəlcə, hz. Mehdi (ə.s) və Məsihin gəliş tarixi Allahın təsbit etdiyi qədərdə müəyyən bir vaxtdır. Bu səbəbdən, heç kim, heç bir şərt, heç bir əlamət bu çıxışı vaxtından daha erkən hala gətirməyəcək, tezləşdirməyəcəkdir. Mübarək torpaqlar üzərində reallaşması gözlənilən Armaqedon müharibəsi isə 2003-cü ildə baş verən İraq müharibəsi ilə başlamış və indi hələ də Yaxın Şərqdə davam edən qarşıdurmaların hamısıdır. 2003-cü il İraq müharibəsi, İncildə Armaqedon olaraq ifadə edilən, hədislərdə və Tövratda da bütün əlamətləri təsvir edilən Axırzaman əlaməti olan böyük müharibənin başlanğıcı hökmündədir. Bu böyük müharibə, zamana yayılmış vəziyyətdədir. Hal-hazırda İslam dünyasında bu qədər çox qanın axması, demək olar ki, hər Yaxın Şərq ölkəsində müsəlmanların şəhid edilməsi, tam olaraq Armaqedon müharibəsinin yaşandığını göstərir.

Bu səbəbdən, evanqelistlərin gözlədiyi şəkildə gələcəkdə müstəqil, fərqli qanlı müharibə mühiti reallaşmayacaq. Bunu da qeyd etmək lazımdır ki, evanqelistlər tərəfindən müəyyən edilən müqəddəs torpaqların əhatəsi, musəvilərin inancından daha fərqlidir və daha geniş sərhədlərə çatır. Bunun bir nəticəsi olaraq da Yaxın Şərqin müharibə mühitinə hazırlaşma düşüncəsi və bu istiqamətdə görülən işlər hər baxımdan böyük səhvdir. Planlaşdırılan ən böyük səhvlərdən biri isə, Yaxın Şərqin bel sümüyünü meydana gətirən dörd əsas ölkənin parçalanaraq Böyük Kürdüstan qurulması xəyalıdır. Bu kitab, indiki şərtlər altında bu xəyalın nə səbəbə səhv olduğunu və belə bir xəyalın Yaxın Şərqi, Avropanı və sonra bütün dünyanı necə bir faciəyəyə aparacağını izah edir.

 << Geri