AMERİKANIN GÖRƏ BİLMƏDİYİ PKK

Get Adobe Flash player

Osmanlı hələ dağılmadan Sykes-Picot kimi razılaşmalarla üzərində planlar qurulan Yaxın Şərqin parçalanma və gücsüzləşmə planları, illər boyunca bəlkə də üzərində ən çox danışılan, kəşfiyyat təşkilatlarının ən çox baş yorduqları mövzuların əvvəlində idi. Dövlət başçıları strategiyalarını buna görə təyin edər, ölkələr mövqelərini buna görə şəkilləndirərdi. Çünki yuxarıda təsvir etdiyimiz evanqelist inancına görə hz. İsa (ə.s)-ın çıxışının xəbərçisi olaraq qəbul edilən Armaqedon müharibəsi bu torpaqlar üzərində həyata keçiriləcəkdi. Bunun fundamenti hazırlanmalı və bu əhəmiyyətli zühur üçün mühit buna görə istiqamətləndirilməli idi.

Evanqelistlərin Amerikadakı siyasi qolunu təmsil edən "Yeni Mühafizəkarlar"ın (Neocon) bir hissəsi, bəhs etdiyimiz Yaxın Şərq planlarının ən böyük şəkilləndiricisidir. Təqib etdikləri bu siyasət, bəzi zaman istiqamətləndirici olur, lakin bəzən beynəlxalq hüququ heçə sayacaq şəklə bürünür, bəzən isə Amerikanın təməl xarici siyasəti ilə belə təzad təşkil edir. Buna göstərilən bəlkə də ən təsirli nümunə İraq müharibəsidir.


Amerika başçılarından Ronald Reagan, Yeni Mühafizəkarların bir nümayəndəsidir və həyatı boyunca qiyaməti görəcəyinə inanmışdır. Anti raket müdafiəetmə sisteminə olan əlaqəsinin də yenə qiyamət inancı ilə əlaqədar olduğu iddia edilmişdir. Çünki Əhdi-Ətiqdə keçən Ezekiel 38 və 39-cu keçidlərə görə qiyamət qopduğu əsnada Megiddo düzənliyində nüvə müharibəsi olacaq. Şiddətli yağışlarla birlikdə kükürd qaynayacaq, dağlar qopacaq, zəlzələlər baş verəcək. Evanqelistlər, bunun reallaşması üçün bir nüvə partlayışının olması lazım olduğuna inanırlar. Bu səbəbdən, mühiti buna hazırlamaq lazım olduğunu düşünmüşlər. Reagan məhz bu məqsədlə Yaxın Şərq siyasətini müəyyənləşdirmiş, hətta Liviyanın bombalanmasının vacibliyini Əhdi-Ətiqdən sözlər göstərərək açıqlamışdır. Buna görə Liviya, Axırzamanda İsrailə xəyanət edəcək ölkələrdən biridir. Bu səbəblə Reagan, Liviyanı əvvəlcədən cəzalandırmışdır.(3)

Yenə Yeni Mühafizəkarların nümayəndələrindən ABŞ prezidenti Corc W. Buş da, eyni şəkildə özünün Allah tərəfindən vəzifələndirildiyi inancındadır. Necə ki, İraq müharibəsi əsnasında Allahdan vəhy aldığını iddia etmiş və müqəddəs müharibə (holy war), şər mehvəri (evil axis), səlib yürüşləri (crusades), sağlam düşüncə (gut instinct) kimi terminləri tez-tez istifadə etmişdir. Bir nüvə raket bəhanəsiylə girilən İraq yerlə bir edilmiş, yalnız iraqlılar deyil, amerikalılar da çox ciddi itkilər vermiş və hər hansı bir nüvə tapıntısı ilə rastlaşmadan ölkə tərk edilmişdir. Ümumi olaraq, bütün dünyada müvəffəqiyyətsiz olmuş İraq müharibəsi portreti çəkilmişdir. Əslində isə, evanqelist inancın gərəkləri tam olaraq edilmiş və bu uğurda əslində özlərinə görə olduqca müvəffəqiyyətli bir əməliyyat həyata keçirilmişdir. Tam olması lazım olduğu kimi İraq parçalara ayrılmış, bir kürd muxtar bölgəsi qurulmuş, Səddam kimi bir diktatorun inhisarında olan güclü ölkə tamamilə qeyri-sabit və terrorla iç-içə bir cəbhə halına gəlmişdir.


Buş, İraq hücumunu Tövratda keçən bu sözlərə əsaslandırmışdır:

Rəbb deyir ki: "Məhz Babilə və Lev-Kamayda yaşayanlara qarşı yox edici bir külək çıxaracağam. Taxıl səpələyənləri göndərəcəyəm Babilə, onu sovurub təmizləsinlər, ölkəsini boşaltsınlar deyə. Dağılma günü hər tərəfdən hücum edəcəklər ona. Oxçu yayını çəkməsin, zirehini geyinməsin. Onun gənclərini əsirgəməyin! Ordusunu tamamilə yox edin. Kildan ölkəsində ölülər, Babil küçələrində yaralılar səriləcək yerə. (Yeremya, 51: 1-4)

Tövratdakı bu ifadələr bir kəhanət olaraq görüldüyündən, dünyanın super gücü ABŞ-ın liderliyini əlinə almış bir evanqelist olan Buş tərəfindən həyata keçirilir. Reallaşan bu döyüş əsnasında ortaya çıxan mənzərənin tam olaraq evanqelistlerin hədəflərinə işarə etməsi, onlar üçün qiyamətə bir addım daha yaxınlaşmaq mənasını verir. Necə ki, eyni dövrdə İraq Kürd bölgəsində, ata Mustafa Bərzaninin vermiş olduğu "kürd muxtar bölgəsi qurulan zaman ABŞ-ın 51-ci əyaləti olmağa hazır olacağıq" sözü bu gün böyük ölçüdə reallaşmış sayılır.

Bütün bu hadisələr əslində bir baxıma gələcəyə də investisiya şəklində inkişaf etdirilmiş və İraqın bu qeyri-sabit mühiti, bir çox radikal qrupun şəkillənib güclənməsinə təşəbbüskar olmuşdur. Əl-Qaidə ən çox hücumu İraqa yönəldərkən,  hal-hazırda bütün dünyanın heç bir şəkildə həll edə bilmədiyi İŞİD İraqda doğulmuşdur. Bu səbəbdən, bu hal-hazırda yalnız İraq deyil, Suriya, Livan, Yəmən, Liviya, hətta Misirin belə bu hala gəlməsini tətikləyən ünsür, səbəbsiz başladılan İraq müharibəsidir. Planlandığı kimi bölgəyə qeyri-sabitlik, terror və bölünmə tam mənasıyla gəlmişdir.


Plan daxilində Yaxın Şərqdə güclü və sabit bir müsəlman ölkə buraxmamaq da vardır. Yaxın Şərq, mümkün qədər gücsüz, iradəsiz, məqsədsiz və şəxsiyyətsiz balaca bölmələr şəklində kiçik hissələrə bölünməli və bu şəkildə rahat və asan idarə edilə bilən hala gətirilməlidir. Nəzarət edilə bilinmədiyi, ya da bir anlaşılmazlıq olduğu təqdirdə isə sadə bir hərbi müdaxilə ilə asanlıqla yox edilə bilən xüsusiyyətdə olmalıdır. Körfəz ölkələri, Amerikanın nəzarətində olduğu və Armaqedonun gözlənildiyi Mübarək Torpaqların xaricində qaldığı üçün bu əhatə dairəsinə girmir. Planın İraq, Suriya və Misir qismi isə bu ana qədər (özlərinə görə) müvəffəqiyyətlə başa çatdırılmışdır. Geriyə qalan iki ölkə var: Türkiyə və İran. Bu iki ölkənin bölünüb qeyri-sabit olması isə, qurulacaq böyük Kürdüstan ilə mümkün olacaq. Yaxın Şərqə diqqətli baxın; bütün planlar bu istiqamətdə irəliləyir.

ABŞ və Avropa mətbuatında, Türkiyənin, Səudiyyə Ərəbistanının, İraqın, İranın, Suriyanın, Liviyanın, Livanın, Yəmənin müxtəlif şəkillərdə bölünmüş xəritələrinin tez-tez nəşr olunmasının ən əhəmiyyətli məqsədi dünya ictimaiyyətinə bölünmələri, guya siyasi bir zərurilik kimi göstərərək bunun şüuraltı zəminini meydana gətirməkdir. Qalibi olmayan müharibələr bölgəni sabitsizliyə sürüyərkən, silah sənayesi də davamlı olaraq canlı tutulur, fonda satılmayan silahlar əridilərkən, yeni istehsal üçün də fövqəladə bir sərmayə təmin edilir. Ani böhranlardan gəlir əldə edən bank sektoru da Yaxın Şərqdəki qarışıq quruluşdan faydalanır. Dünyanın Mərkəzi Bankı, bu şəkildə ciddi bir maliyyə qaynağına sahib olur.

Bütün bu inkişaflar əsasında qiymətləndirildiyində, Yaxın Şərqdəki mənzərənin heç də təsadüfi meydana gəlmədiyi aydın olur. Yüz il əvvəl hazırlanmış xəritə və mühit, bu gün faktiki olaraq tətbiq olunmuş kimi görünür. Şübhəsiz qəbahətin bəlkə də ən böyük qismi, bu planlara bilərək, ya da bilməyərək alt quruluş meydana gətirmiş, bu qarışıqlığa icazə vermiş olan, öz aralarında ittifaq edə bilmədikləri kimi ixtilafı bacarıq sayan bir qisim müsəlmanlardır. Bu mövzunu da sonrakı sətirlərdə müzakirə edəcəyik.

 

Bir vasitə olaraq musəvi lobbisi

Yeni mühafizəkarlar Amerikada istər rəhbərlikdəykən, istərsə də rəhbərlikdə olmadıqlarından müxtəlif düşüncə təşkilatları və qeyri-hökumət təşkilatları vasitəsilə olduqca təsirlidirlər. Şübhəsiz ki, bunda bir qisim musəvilərdən musəvi lobbisindən aldıqları dəstək də mühüm yer tutur. Ancaq bu nöqtədə ciddi bir təzad gözə çarpar. Daha əvvəl ifadə etdiyimiz kimi bir qisim evanqelistlər, hz. İsa (ə.s)-ın nüzulu ilə xristianlığı seçəcək yalnız 144 min musəvinin həyatda qalacağına, digərlərinin isə bu böyük döyüşdə qətl ediləcəyinə inanırlar. Bu səbəbdən evanqelistlərin bir qismi əslində musəviləri səhv yolda görür və onların qətl ediləcəyi bir müharibə üçün hazırlıq edirlər. Buradan yola çıxaraq haqqında bəhs etdiyimiz evanqelistlərin musəvilərə yanaşmasının əsil bir ittifaq olduğu deyilə bilər.

Necə ki, bunu bəzi məşhur evanqelistlərin öz ifadələrində də görmək mümkündür. XX əsrin məşhur evanqelistlərdən Jerry Falwellə, bir çıxışı zamanı dəccalın kim olduğu sualı soruşular, cavab isə maraqlıdır: "Dəccal kim olacaq? Təbii ki, bir musəvi."  Billy Graham isə illər əvvəl etdiyi bir çıxışında bu sözləri demişdir: "O musəvilərdən bir çox yoldaşım var. Hamısı da mənim ətrafımda dolanır və məni çox sevərlər. Mənim İsraili sevdiyimi bilirlər. Amma əslində ölkəyə etdikləri haqqındakı hisslərimi bir bilsələr. Və bunu əngəlləyəcək gücüm də yoxdur". Graham, bu sözlərin ortaya çıxmasının ardından, "30 il əvvəlki bir görüş. Nə söylədiyimi çox xatırlamıram. Amma əgər kimsəni incitdimsə ürəkdən üzr istəyirəm. Mən illərcə yəhudilər və xristianlar arasında körpü qurmaq üçün çalışdım."  demək məcburiyyətində qalmışdır.

Bu sözlər, bir qisim evanqelistlərin musəviləri dəstəkləyir kimi görünmələrinin yalnız qiyamətin şərtlərindən biri olmasından irəli gəldiyini göstərir. Yəni musəvilər, bəzi evanqelistlərə görə yalnız bu hədəfin reallaşması üçün bir vasitədir. Musəvilərdən bəziləri bunun fərqində olmamaqla yanaşı, bir qisim musəvilər, bu hədəfi çox yaxşı bilmələrinə baxmayaraq hər hansı bir etiraz etməmişlər. Çünki, dünyada sionizmin dəstəkçiləri azdır və bəhsi keçən musəvilər belə bir yolla da olsa öz inanclarının dəstəklənilməsindən məmnun görünür.

Saytda bildirdiyimiz əhəmiyyətli bir xüsusu təkrar xatırladaq: Əlbəttə evanqelistlərin də, Yeni Mühafizəkarların da hamısı bu fikirdə deyil. Hətta böyük bir əksəriyyət Yaxın Şərqi məhvə sürüyəcək müharibə ehtirası daşımır və musəvilərə, müsəlmanlara ədavət hiss etmir. Hətta aralarında, dinlər arası körpü qurmağı hədəfləyən, bu mövzuda ciddi səylər sərf edən, müsəlmanlara və musəvilərə həqiqi məhəbbət duyan sevgi insanları çoxluq təşkil edir.


Burada bəhsini etdiyimiz müharibə gözləntisi içindəki evanqelistlərin də bir açıqlama səhvi səbəbiylə bu fikirdə olduqlarını təkrar xatırlatmaq lazımdır. Məqsəd bu səhv məntiqi ortaya qoymaq olduğundan, yalnız 144 min musəvinin həyatda qalacağı bir döyüş ssenarisindəki məntiq boşluqları da gözlər önünə sərilməlidir. Bu bir həqiqətdir ki, belə bir inanc şəkli daşıdıqları müddətcə haqqında bəhs etdiyimiz evanqelistlərin musəvilərlə həqiqi birlik və dostluq qurmaları demək olar ki, qeyri-mümkün, musəvilər üçün isə bu, olduqca riskli və şübhəli bir vəziyyətdir. Bu nöqteyi-nəzərdən bir xristianın həyatı boyunca bir musəvini həqiqi dost olaraq görə bilmə ehtimalı yoxdur. Vəziyyətin fərqində olan musəvilər də, özlərinə yönələn qırğın ssenarisinə inanan xristianların səmimiyyətindən və dostluğundan daim şübhə edəcəklər. Bu şərtlər altında iki dinin nümayəndələri arasında müvəqqəti ittifaqlar yalnız göz boyama olacaq, əsil bir ittifaqın reallaşması isə qeyri-mümkün olacaq. Halbuki, dinlər arası ittifaq, Axırzaman üçün zəruri və olduqca lazımlı bir mövzudur. Sırf bu səbəbdən belə, evanqelist inancın bəhs etdiyimiz mövzuda gözləntilərində bəzi problemlər olduğu açıqdır.


Müsəlmanlar baxımından isə vəziyyət çox daha dəhşətlidir. Həmçinin, bir qisim evanqelistlərin gözləntilərinə görə son müharibə, bütün müsəlmanların qətlə yetirilməsi ilə nəticələnəcək. Belə gözləntiləri olan bir evanqelist, yaxşılığından və dürüstlüyündən əmin olsa da, sevgi və hörmət də duysa, doğru yolda olduğunu açıq şəkildə görərək bütün qəlbiylə güvəndiyi bir insan da olsa, bir müsəlmanın mütləq qətl edilməsi lazım olduğunu düşünərək yaşayacaq. Bu vəziyyət, xristian üçün də, onunla ittifaq və sevgi düşüncəsi içində olan bir müsəlman üçün də dəhşət vericidir. Bu ifadə, xristianlarla müsəlmanların arasında heç bir zaman birlik və həmrəylik ola bilməyəcəyi nəticəsini çıxarır ki, bu vəziyyətdə bu dünya, üzərinə sülh gəlməyəcək bir kabus məkanı halına gələcəkdir. Bu səhv dünyagörüşü, əhatəli bir düşmənçilik siyasətinin fitilini odlamaq üçün kifayətdir. Bu düşüncədə olan bir evanqelist xristianın dinlər arası həqiqi bir dostluğu qura bilməsi isə qeyri-mümkündür. Belə bir həyat, Allahın istədiyi bir həyat ola bilməz. Bir haqq dinin, əsla belə bir düşmənçilik siyasəti və qırğın ssenarisi təqdim etməyəcəyi açıqdır. Demək ki, dini şərh etmək mövzusunda böyük bir səhv var.

Həmçinin dünyaya sevgi və sülh nümayəndəsi olaraq göndərilmiş olan və biz müsəlmanların da peyğəmbəri olan hz. İsa (ə.s)-ın, dünyanın son dövründə tamamilə yaradılış məqsədinin xaricində bir qırğına yol verməsi ağıla və imana zidd bir vəziyyətdir. Hz. İsa (ə.s)-ı lazım olduğu kimi tanıyan həqiqi bir xristianın, belə bir düşüncədən şübhəyə düşməsi lazımdır. Dünya üzərində sevgi və sülhü qeyri-mümkün edən bu cür ürküdücü bir plan nə Allahın adətullahına, nə də peyğəmbərlərin göndəriliş məqsədlərinə uyğun gəlmir. Bu səbəbdən, burada da açıq şəkildə yanlış anlaşılma, qavrayış problemi vardır. (Bu mövzuyla əlaqədar təfərrüatlar üçün baxın. Harun Yəhya, Xristianlar İsa Məsihi dinləsinlər)

 

Mübarək torpaqlar üzərində parçalama planları

Əhdi-Ətiq, vəd edilmiş torpaqları bu şəkildə təsvir edir:

Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları -Ken, Keniz, Kadmon, Hitit, Periz, Refa, Amor, Kenan, Girgaş və Yevus torpaqlarını- sənin nəslinə verəcəyəm. (Yaratılış 15: 18-21)

Tövratdakı bəhs edilən parça, evanqelistlər üçün Mübarək torpaqlar olaraq təyin olunar və hz. İsa (ə.s)-ın gəlişindən əvvəl bu torpaqların mütləq musəvilər tərəfindən ələ keçirilmiş olmasının şərt olduğunu deyir. Nil və Fərat arasındakı bu torpaqlar İraq, Suriya, Misir, Sudan və Türkiyəni qismən, İordaniya, Livan və Küveytin isə hamısını ehtiva edir.

Bir qisim evanqelistlər üçün bu torpaqların ələ keçirilməsi böyük əhəmiyyət daşıyır və son nüzul üçün əhəmiyyətli bir əlamətə işarə edir.

Bu xəritədə Türkiyəni maraqlandıran qisim isə, evanqelistlərə görə haqqında bəhs etdiyimiz Mübarək torpaqların Adana, Qaziantep, Hatay, Kahramanmaraş və Adıyamanı əhatə etməsidir. Bəzi qaynaqlar buna Türkiyənin Cənub-Şərqinin hamısını daxil edərlər. 90 illik cümhuriyyət dövrü ərzində böyük bir sabitlik və demokratiya ilə idarə edilmiş və xüsusilə son illərdə ciddi mənada bir yüksəliş qeyd olunan ölkəmizdə yalnız adı keçən bu bölgələrin davamlı olaraq qeyri sabitlik içində olması bu mənada düşündürücüdür. Aydındır ki, bir qisim kəhanətlərə əsaslanaraq Yaxın Şərqi parçalama planları içində Türkiyə də vardır və Cənub-Şərq bölgəsi bu səbəblə daima bir narahatlıq içindədir.

Burada ifadə edilməli olan əhəmiyyətli bir nöqtə var. Əhdi-Ətiqdə Nildən Fərata qədər olaraq təsvir edilən Mübarək torpaqlar, musəvilər üçün (şərqdən qərbə) Aralıq dənizindən İordaniya çayına, (cənubdan şimala) Sinadan Şimali Livanda olan Hazbani çayına uzanan qisimdir. Bu səbəbdən, indiki İsrail sərhədləri bu sahəni əhatə edir, lakin bu təsvir Türkiyə torpaqlarını əhatə etmir. Lakin bir qisim evanqelistlərin bəhsi keçən Tövrat parçalarının şərh şəkli yuxarıda ifadə etdiyimiz kimi fərqlidir. Aradakı ayrı-seçkiliyin ən əhəmiyyətli səbəblərindən biri bir qisim xristianların "Mübarək torpaqlar" anlayışını yalnız hz. Musa (ə.s)-a deyil, hz. İbrahim (ə.s)-a vəd edilən müqəddəs torpaqlar olaraq genişləndirmələridir. Halbuki, Tövratda Mübarək torpaqlar ifadəsi bu mənada istifadə edilməmişdir. Bu səbəbdən musəvilər, ümumi olaraq, bir qisim evanqelistlər tərəfindən təsvir edilən bu geniş xəritəni doğru saymazlar, bu səbəblə də, Mübarək torpaqları, mövcud İsrail sərhədlərinin xaricinə çıxaraq genişlənmə hədəfinə xoş baxmazlar.

 

Türkiyə üzərində gizli-açıq planlar

Yaşadığımız son illər, xüsusilə Ərəb Baharından sonra ortaya çıxan qarışıqlıq ilə birlikdə "bölünmə" termininin çox tez-tez anıldığı illərdir. Belə ki, hücum və qarışıqlıqdan xilas ola bilməyən İraq, Amerikanın ardından İŞİD-in işğalı ilə qarşılaşmış və bu gün rəsmi olaraq üçə bölünmüş vəziyyətdədir. 2011-ci ildən bəri başlayan daxili müharibələrdən xilas ola bilməyən Suriya, hal-hazırda təməldə 6 ayrı hissəyə bölünmüşdür. Bu hissələr içində də hissəciklər vardır. Misir, ciddi bir qeyri-sabitlik dövrü yaşayır, Sinadaki tayfalar narahatlıq içində gözləyir; Liviya zərbələrlə sarsılır, Sudan və Yəməndəki vəziyyət isə heç sabitləşmir.

Bütün bu qarışıqlıqlar içində diqqətləri çəkən iki ölkə var: İran və Türkiyə. İran, hər nə qədər yaxın keçmişdə nüvə məsələləri səbəbiylə çox uzun zaman ərzində ciddi bir mühasirə altında qalmış olsa da, bağlı olduğu Şanxay müqaviləsinin müşahidəçi üzvü, Rusiya-Çin mehvərinin bir müttəfiqi olması baxımından gücünü itirməmiş və sabitlik göstərmişdir. NATO üzvü və Qərb müttəfiqi demokratik Türkiyə isə, təxminən 40 illik PKK terroruna baxmayaraq bölünməyi şiddətlə rədd etmiş, içində olduğu qaynayan coğrafi şərtlərə baxmayaraq güclənmiş, gözlənilməz islahatlarla 10 il içində əhəmiyyətli şəkildə dəyişmiş bir ölkədir. Qonşularla münasibətlər, İslamlaşma və qərbdən uzaqlaşma kimi tənqidlər alsa da Türkiyə, bölgə içində iqtisadi, ticarət və demokratik mənada əhəmiyyətli irəliləyişlər etmiş və bölgənin qarışıqlığından çox da təsirlənməmişdir.


Türkiyədəki bu vəziyyət məhz bu səbəblə, Yaxın Şərq üzərində planları olan kütlələri narahat edir və hətta bəziləri bu narahatlığı açıq şəkildə ifadə etməkdən çəkinmirlər. Çünki planda, ölkələrin güclənməsi deyil, gücsüzləşməsi vardır. Və yenə planda, Armaqedon müharibəsinin reallaşacağını düşündükləri Mesopotamiya bölgəsində, öz idarələrində olan, Ərəb, Türk və Fars dünyasından müstəqil, rahat idarə olunub üzərində rahat oyun oynanıla bilinən xəyali bir kukla dövlətin qurulması planı var: Böyük Kürdüstan.

Sonrakı sətirlərdə bu böyük xəyalın necə böyük bir səhv olduğunun isbatlarını görəcəksiniz.

 

Evanqelist planlarından bəhs etməyimizdəki məqsəd

Bu mühüm həqiqətin sayt boyunca çox vurğulanması vacibdir: Bu kitabda göstərilən evanqelist planları gözlər önünə sərməyimizdəki məqsəd, haqqında bəhs etdiyimiz evanqelistlərin və ya Yeni Mühafizəkarları pisləmək deyil. Bu kəslər batil də olsa sahib olduqları inanclar istiqamətində ən doğrusunu etdikləri qənaətində ola bilərlər. Allahın Quranda bir çox ayədə bildirdiyi kimi xristianlar və musəvilər, müsəlmanlar üçün dost və qardaşdırlar. Quran ilə uyğun olan bütün Tövrat və İncil sözləri müsəlmanlar üçün də keçərlidir və müsəlmanlar, bu iki İbrahimi dinə hörmət, bu dinlərin mənsublarına isə sevgi və şəfqət göstərməklə məsuldurlar. Bu səbəbdən əlinizdəki kitabın dini, məzhəbi və ya bir dinin mənsublarını tənqid etmək və ya pisləmək üçün yazılmadığının bilinməsi olduqca əhəmiyyətlidir.

Həmçinin bu bir həqiqətdir ki, İslam coğrafiyası üzərində hər nə plan tətbiq olunursa olsun, bu torpaqlarda əgər bir qarışıqlıq çıxırsa, bunun əsil məsulu o torpaqlar üzərində yaşayan və heç cür birlik ola bilməyən müsəlmanların özləridir. Yaxın Şərqin içində olduğu bu qarışıqlıq halının bütün məsuliyyətini başqalarına yükləmək əsil problemi anlamamaq deməkdir. Yaxın Şərq və bütün digər müsəlman coğrafiyasının əsil problemi, bölünüb parçalanmış olmaları, məzhəblər və etnik şəxsiyyətlər bəhanəsiylə bir yerə gələ bilməmələri, birlik qura bilməmələridir. Böyük əksəriyyətinin İslam adı altında saxta bir xurafat dinini mənimsəmələri, Qurandan uzaqlaşmaları və Allahın özlərinə Quran ilə vermiş olduğu mesajı anlaya bilməmələridir. Xurafat dininin təsiri ilə öz içində geri qalmış, qadını dəyərsiz, demokratiyanı gərəksiz, sənəti haram bilən parça-parça olmuş bir birlik içində nifrətin böyüməsi şübhəsiz ki, çətin olmamışdır. Bu səbəbdən, qığılcımlardan asan təsirlənib bir anda öz coğrafiyasının qarışıqlıq mühitinə çevrilməsinə icazə verən müsəlman aləmi, şübhəsiz ki, bu vəziyyətdən ən çox məsul olandır.

Lakin bir tərəfdən, kitabın əvvəlindən bəri bəhsini etdiyimiz evanqelistlərin, öz hədəfləri və bu hədəf üçün təsbit edilmiş yol və üsullarındakı səhvlər, gedişata baxıldığında, Yaxın Şərqdə çox böyük və qorxunc nəticələrə səbəb ola biləcək. Burada bəhs etdiyimiz qorxunc nəticə, bütün dünyanı fəlakətə çevirəcək marksist bir sistemin doğulub yayılması və bütün dünyaya sirayət etməsidir. Məhz o zaman, evanqelistlər, öz proqnozlarının baş vermədiyini, dünyanın isə məhvə doğru getdiyini anlaya biləcəklər. Çox gec olmadan bu mövzuda xəbərdar edilmələri şərtdir.

Əgər bu mövzudakı həqiqətlər gözlər önünə sərilərsə, xüsusilə yeni mühafizəkarlarla, Amerika və Avropa ilə birlikdə daha yaxşı və hüzurlu Yaxın Şərq inşa etmək çox daha asan ola biləcək. Məhz bu səbəblə, gec olmadan, bu planın nələrə səbəb olacağı gözlər önünə sərilməlidir.


 << Geri