AMERİKANIN GÖRƏ BİLMƏDİYİ PKK

Get Adobe Flash player

Çətinliklərlə, bəlalarla, döyüşlərlə, ədalətsizliklərlə sarsılan dünyanın qurtuluş vaxtı yaxındır. Bunun üçün dua etmək; bir az qətiyyət, bir az səbir və bir az fərasət göstərmək və Uca Rəbbimizin vədinə güvənərək əlimizdən gələni etmək tələb olunur.

Həll yollarını göstərmədən əvvəl illərcə çətinlik altında əzilmiş kürd qardaşlarımıza və Yaxın Şərqdə Böyük Kürdüstan xəyalı quran bir qisim qərblilərə müxtəlif xatırlatmalarımız vardır. Bu xatırlatmalar mütləq nəzərə alınmalıdır.

 

Qərb dünyasına xatırlatma

Hal-hazırda Yaxın Şərq planları adına PKK-nı dəstəkləməyin işlərinə yarayacağını düşünən şəxslərə bir xatırlatmamız var. Hər nə qədər bütün inkişaf etmiş imperialist ölkələrin dəstəyini alsanız da, çox böyük ehtimalla hadisələr sizin gözlədiyiniz şəkildə irəliləməyəcək, kitabın əvvəlki səhifələrində ətraflı izah etdiyimiz kimi, haqqında bəhs etdiyimiz bölgə, kommunist dünya dövlətinə doğru çıxış qapısı olacaq. Kommunizm şiddət üzünü qısa müddət içində göstərəcək, bütün dünya kommunistlərindən alınan dəstək ilə uzun zamandır atılması planlaşdırılan o irəli addım atılmış olacaq. Bir mənada kommunizm əleyhdarı ittifaq içində olan kapitalist dünya, - bilmədən də öz əlləriylə kommunist bir dünya dövləti meydana gətirmiş olacaq. Amerikanın Koreyadakı və Vyetnamdakı mübarizəsi, illərdir davam etdirdiyi soyuq müharibə, tamamilə boşa getmiş olacaq.


Əgər Türkiyədə PKK, Suriyada PYD və İranda PJAK qruplaşmalarının əsl mahiyyəti aydın olmaz, əsl hədəfləri nəzərə alınmaz və bu mövzuda edilən bütün xəbərdarlıqlara baxmayaraq Yaxın Şərqin bu kilid nöqtəsində təhlükəli bir oyun oynanırsa, bu, bütün dünya üçün böyük fəlakətlərin qapısını açacaq. Kommunistlərin hədəfi daim dünyaya çıxış etmək üçün strateji və eyni zamanda son dərəcə davamsız bir bölgədə dövlət yaratmaq olmuşdur. Və imperialist güclərin dəstəyi ilə buna addım-addım yaxınlaşırlar. İmperialist qüvvələr, özlərini də vuracaq dəhşətli bir sistemi dəstəkləməməlidirlər. Zəmanəmizdə Yaxın Şərqdə heyrətlə izlənilən hadisələr baş verir. Belə bir plan daxilində ortaya çıxan bir kommunist dövlət də gözlənilməz şəkildə güclənib dünyaya dəhşət saçmaq gücünə qısa müddətdə sahib olacaq. Məhz belə bir vəziyyətdə, qərbin "Yaxın Şərqdə nə olursa olsun, biz qarışmayaq," deyə kənarda gözləmək kimi bir rahatlığı olmayacaq, çünki, Allah qorusun, bəla mütləq hər cəbhəyə yayılacaq. Nə Yaxın Şərqdə, nə də qərb bölgəsində belə bir vəhşiliyin yayılması əlbəttə istəyəcəyimiz bir şey deyil. Lakin mövcud həqiqətlər daxilində, qarşılaşılacaq olan ssenari budur və bu təhlükə mövzusunda zəruri xəbərdarlığı etməmiz lazımdır. Burada məqsəd pessimist dünyagörüşü təqdim etmək deyil, bu mövzuda diqqətləri açmaqdır.

 

Kürd qardaşlarımıza xatırlatma

Haqlı səbəbləri olsa belə qəzəb, insanı doğru və ağıllı düşünməsinə mane olan, haqq olanı tətbiq etməyi əngəlləyən və ən əhəmiyyətlisi də Allahın bəyənmədiyi bir davranışdır. Keçmişdə yaşananlar səbəbiylə ürəyindəki qəzəbi heç cür silə bilməyən kürd qardaşlarımız, bu həqiqəti doğru düşünməli və PKK bəlasının ortadan qalxması və güclü bir millət olaraq birlikdə var olmaq üçün yeni bir başlanğıc etməlidirlər. Özlərini sevən, onlara dostluq əlini uzadan qardaşlarıyla birlikdə, bütün dinlərin və bütün irqlərin birlikdə yaşadığı, Qurandakı həqiqi demokratiyanın və ədalətin əsas alındığı, mövhumatçılıq və xurafatların tərk edildiyi, hüzur və rifah mühitinin hakim olduğu bir birlik üçün səy göstərməlidirlər. Türkiyəni və kürd qardaşlarımızı İslam coğrafiyasından ayırmağa çalışan terrorist PKK bəlasının aradan qaldırılması və kürdlərə layiq olduqları, layiq olduqları dəyərin verilməsi üçün səmimi müsəlmanlarla birlikdə mədəni və ideoloji bir mübarizə aparmalıdırlar. Bu ideoloji mübarizə, kürd qardaşlarımızın başına bəla olmuş hər cür qanunsuz fikir və təşkilatı aradan qaldırmaq və bir daha belə bəlalarla qarşılaşmamaq üçün zəruridir. Canımız kimi sevdiyimiz kürd qardaşlarımızla birlikdə etməli olduğumuz həqiqət İslamın möhtəşəm ruhunun yaşandığı, cəmiyyətlərin, xalqların, ölkələrin və insanların birlikdə hüzur içində yaşadıqları İslam Birliyinin bir an əvvəl təsis edilməsidir.

 

İslam Birliyi, amma necə?

Zəmanəmizdə İslamofobiya ilə qarşı-qarşıya qalan qərb cəmiyyətləri də, uzun zamandır dindən uzaq bir sərhəddə çatmış bir qisim kürd gəncləri də, İslam Birliyi ifadəsini eşitdiklərində narahatlığa qapılırlar. İslam adı altında mövhumatçılıq bəlasının bütün dünyaya hakim olacağını, demokratiyanın ortadan qalxacağını, bütün digər din mənsublarının və ya ateistlərin qətl ediləcəyini, qadınların həyatın hər sahəsində istər fiziki, istərsə də mənəvi zülm görəcəklərini, dünyanın qan rəvan içində qalacağı bir müharibə mühitinin hakim olacağını düşünürlər. Halbuki, bu təsvir İslamın deyil, xurafatın tərifidir. Həqiqi müsəlmanlıq tətbiq olunarsa, yaşanacaq olan İslam Birliyi; müharibələrin tamamilə sona çatdığı, qadınların üstün tutulduğu, bütün cəmiyyətlərin və bütün dinlərin birlikdə təhlükəsizlik içində yaşadığı, demokratiyanın və azadlıqların hakim olduğu, ölkələrin öz sərhədlərini qorumaları şərti ilə bütün sərhədlərinin açılacağı, yalnız müsəlman ölkələri deyil, Çin, Rusiya, İsrail, ABŞ, Avropa ölkələri kimi dünyadakı bütün ölkələri əhatə edən mükəmməl bir birlik olacaq. Bu birlik, sülhün və sevincin hakim olacağı, düşmənçiliyin sona çatacağı, aclıq, qorxu, qıtlıq və yoxsulluqların aradan qalxdığı bir birlik olacaq. İslam adına həyata keçirilən qırğınlar, mövhumatçılıq, radikalizm ancaq və ancaq həqiqi İslam örtüyü altında qurulmuş olan bu birlik vəsiləsiylə ortadan qalxacaq. Dünyada radikalizmin sona çatmasının yeganə yolu budur. Bütün bu şərtlər altında, ABŞ-ın da, dəyərli, üstün əxlaqlı kürd qardaşlarımızın da, dünyadakı bütün digər ölkələrin də həqiqi demokratiya axtarışı içində istəmələri lazım olan sistem əslində budur.


PKK-nın hədəfi, daha əvvəl də ifadə etdiyimiz kimi, Türkiyənin şərqdəki sərhədlərinə hakim olaraq, Türkiyəni İslam coğrafiyasından tamamilə ayırmaq və bütün dünyanı böyük bəlalardan xilas edəcək olan İslam Birliyinin meydana gəlməsinə maneə törətməkdir. Bu səbəbdən, PKK dünyanın sülh mühitinə çevrilməsini bütün gücüylə əngəlləməyə çalışır. Qərb cəmiyyətlərinin də, kürd qardaşlarımızın da bunun ciddi şəkildə fərqində olmaları olduqca əhəmiyyətlidir.

Qərb dünyası, əgər həqiqətən dünyada sülhü hədəfləyirsə və radikalizm təhlükəsinin ortadan qalxmasını istəyirsə, o zaman tərifini etdiyimiz və Quranın əsasındakı demokratiya anlayışını əsas götürən İslam Birliyinin dəstəkçisi olmalıdır. Kürd qardaşlarımız əgər illərdir davam edən ədalətsizliklərdən, irqçilikdən, kommunist terrordan xilas olmaq istəyirlərsə, yenə Quranda Allahın bizlərə təsvir etdiyi ədalətin əsas götürüldüyü İslam Birliyini müdafiə etməlidirlər. Bu birlik, Allahın izni ilə mütləq reallaşacaq və dünyaya sülh və hüzur mütləq hakim olacaq. Lakin Uca Rəbbimiz, bunun üçün səy göstərməyimizi və ideoloji bir mübarizə ilə hər cür bəlanı aradan qaldırmağımızı istəyir. Bunun üçün qərb ölkələrinin liderləri də, kürd qardaşlarımız da yalnız Quranı əsas alan səmimi müsəlmanlarla ittifaq etməli və həqiqi çıxış yolunun bu ittifaqla təmin edilə biləcəyini bilməlidirlər.

 

Hz. Mehdi (ə.s) müjdəsi

Bu bilinməlidir ki, demokratiya, sülh, sevgi və dostluğu özü ilə gətirəcək olan həqiqi İslam anlayışı, mütləq dünyadakı radikalizm və xurafatları aradan qaldıracaq. Bunu reallaşdıran isə hz. Mehdi (ə.s) olacaq. Hədis və rəvayətlərə, eyni zamanda Tövrat və İncildə bəhs edilən hədislərlə uyğun şərhlərə görə, yaşadığımız dövr hz. Mehdi (ə.s)-ın zühur dövrüdür. Axırzamana aid hədislərdə bəhs edilən və tamamilə möcüzə hökmündəki bütün əlamətlərin olduqca qısa bir zaman kəsiyində reallaşması, hz. Mehdi (ə.s)-ın gələcəyi Axırzamanın içində olduğumuzun çox əhəmiyyətli və qəti dəlilidir. Hz. Mehdi (ə.s) dövründə yaşadığımızın bütün dəlillərini, reallaşan bütün əlamətləri bu kitabdan oxuya bilərsiniz: Harun Yəhya, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) bu əsrdə gələcək,http://www.harunyahya.org/tr/Kitaplar/16450/


Hz. Mehdi (ə.s)-ın gəlişiylə birlikdə, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra dünyaya yayılmış olan bütün bidətlər ortadan qalxacaq, xurafatlar yox ediləcək və Quranın əsasında olduğu kimi bütün dünya tam mənasıyla sülh və təhlükəsizliyə qovuşacaq.

Hz. Mehdi (ə.s) müharibədən qaçan, sülh insanıdır. Hz. Mehdi (ə.s) müharibə ilə deyil, sevgi ilə, Allahı xatırlayaraq gözəl əxlaqı dünyaya hakim edəcək. Hz. Mehdi (ə.s) dövründə müharibələr dayanacaq, insanlar sülhə və sevgiyə yönələcək, tək bir insanın burnu belə qanamayacaq. Bu həqiqət bir çox hədis ilə xəbər verilmişdir:

İnsanlar, bal arılarının bəyləri ətrafında toplanması kimi, hz. Mehdi (ə.s)-ın ətrafında toplanarlar. Daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti elə olar ki, YUXUDA OLAN BİR KİMSƏ BELƏ OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. Dünya, sanki Əsri-Səadət dövrünə geri qayıdar. (135)

Ona [Hz. Mehdi (ə.s)-a] beyət edənlər, [Kəbə ətrafındakı] rükun və məqam arasında beyət edərlər. YATANI OYANDIRMAZ, ƏSLA QAN TÖKMƏZLƏR.(136)

         Hz. Mehdi (ə.s)-ın zühur dövrü, eyni zamanda hz. İsa (ə.s)-ın da nüzulunu görəcəyimiz dövrdür. Hz. Mehdi (ə.s) dövründə bütün silahların susacağı, müharibələrin sona çatacağı; hz. İsa (ə.s)-ın gəlişi və hz. Mehdi (ə.s)-ın zühurundan sonra yer üzünə ədalət, sülh və sevginin hakim olacağı hədislərdə belə xəbər verilmişdir:

Müharibə (ərbabı) da ağırlıqlarını (silah və əşyalarını) atacaqlar. (137)

Düşmənçilik və kini də ortadan qaldıracaq... Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. Müharibə də ağırlıqlarını buraxacaq. (138)

Heç kəs arasında düşmənçilik qalmayacaq və bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz itib gedəcək. (139)

Hz. Mehdi (ə.s)-ın gəlişi, yalnız müsəlmanlar, musəvilər və xristianlar üçün deyil, dünyadakı bütün insanlar üçün bir müjdədir. Onun gəlişi ilə yer üzündə ədalət tam mənasıyla hakim olacaq, insanlar axtardıqları sevgi, hüzur, bolluq mühitinə hz. Mehdi (ə.s)-ın gəlişi ilə qovuşacaqlar. Hal-hazırda yaşadığımız bütün hadisələr, qarşılaşdığımız bütün dəhşət və vəhşilik ssenariləri hz. Mehdi (ə.s)-ın gəlişinin əvvəlində reallaşması onsuz da gözlənilən hadisələrdir. Hətta bu kitabın əsil mövzusunu təşkil edən PKK-nın belə bir dövrdə ortaya çıxması belə, hədislərdə bildirilmişdir:

Şam nahiyələrinin bir az kənarında FIRAT ƏTRAFINDA böyük bir ordu toplanar, mal üstündə vuruşarlar. HƏR DOQQUZ NƏFƏRDƏN YEDDİSİ ÖLDÜRÜLƏR. Bu, Ramazan ayında eşidilən, şiddətli səs-küylü yıxılma və qorxudan sonra və ÜÇ SANCAĞIN ayrılmasından sonradır. Onlardan hər biri mülkü (idarəni) özləri üçün istəyər, içlərində ABDULLAH ADINDA BİRİ VARDIR.(140)


Hədisdə açıq şəkildə görüldüyü kimi Fırat çayı ətrafında, mal üstündə döyüşən bir ordu, yəni PKK toplanmış vəziyyətdədir və çox böyük itkilərə səbəb olur. PKK, eynilə hədisdə ifadə edildiyi kimi, müxtəlif ölkələrdə müxtəlif sancaqlara ayrılmış vəziyyətdədir. Hədisdə diqqət çəkən ən əhəmiyyətli təfərrüat isə PKK lideri Abdullah Öcalanın adının dəqiq olaraq bildirilməsidir.


Hz. Mehdi (ə.s)-ın zühuruyla, nə PKK bəlası, nə də dünyanı şiddət məkanına çevirən ünsürlər qalmayacaq. Dünyanın bu hüzur və rifah mühitinə qovuşması çox yaxındır. Allah bu müddət ərzində bizdən dua etməyimizi, bəla və pisliklərlə mübarizə üçün ağıl və qətiyyət göstərməyimizi istəyir. Hz. Mehdi (ə.s)-ın gəlişinin əvvəlində, elmi iş apararaq, səhv ideologiyaların və xurafatların təsirində qalmış olan birlikləri xəbərdar etməyimiz və mühiti hz. Mehdi (ə.s)-ın gəlişi üçün hazırlamağımızı istəyir. Şübhəsiz, Uca Rəbbimiz bu gözəl mühiti tək bir əmri ilə meydana gətirməyə qadirdir. Lakin hz. Mehdi (ə.s)-ın gəlişindən əvvəl yaşanan çətinliklər və aparılan elmi mübarizə, dünyanın son zamanındakı qızıl dövrün gözəlliyini fərqləndirə bilmək, Rəbbimizin cənnətinə layiq ola bilmək, lakin hamısından əhəmiyyətlisi Rəbbimizin razılığını qazana bilmək üçün çox əhəmiyyətlidir.

 << Geri